Xəbər verdiyimiz kimi, Bakıda 19 yaşlı Ağdaş sakini Yusuf Mehmet oğlu Atalay və 14 yaşlı Yevlax sakini Təranə Mədxun qızı Bəkirova Xətai rayonunda kirayədə yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.
NOCOMMENT.az xəbər verir ki, T.Bəkirova daha əvvəl də polis tərəfindən saxlanılıbmış.
Belə ki, ötən ilin oktyabrında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat–axtarış tədbiri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin avaralıq və dilənçiliklə məşğul olan T.Bəkirova olması müəyyən edilərək saxlanılıb.
Sosial şəbəkələrdə onun 17 yaşı olduğu yazılsa da, ailəsi 14 yaşında olduğunu bildirib.
Məlumata görə, o, uzun müddət əvvəl evi tərk edib.
Xatırladaq ki, Bakıda küçələrdə dilənçilik edən və salfet satan bu yeniyetmə qızın görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanmışdı.
Məlumata görə, Aysu adi ilə özünü təqdim edən qız təsadüfən bloger və aparıcı Nail Kəmərlinin qarşısına çıxıb. Nail Kəmərli həmin anları izləyiciləri ilə bölüşərək qızın təbii gözəlliyini vurğulamış və onun taleyi üçün kömək istəmişdi.
Sözügedən videonu təqdim edirik:
Aliyə
NOCOMMENT.az










