Toy karvanı 140 toyuğun ölümünə səbəb olub.
NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, Hindistanda toy kortejinin quşçuluq fermasının yaxınlığından yüksək musiqi sədaları altında keçməsindən sonra 140 toyuq ölüb.
Hadisə aprelin 25-də Uttar Pradeş ştatının Sultanpur rayonunda baş verib.
Ferma sahibi Sabir Əlinin sözlərinə görə, toy karvanı saat 21:30-da fermanın yanından keçib.
Yüksək səs quşları qorxudub və bəzilərinin stressdən ölməsinə səbəb olub.\\Bakupost.az










