İdman zalında edilən bu səhvlər sizə baha başa gələ BİLƏRbackend

İdman zalında edilən bu səhvlər sizə baha başa gələ BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İdman zalına gedən həvəskarlar peşəkarlarla müqayisədə zədələnməyə daha çox meyilli olurlar.

NOCOMMENT.az xəbər verir ki, mütəxəssislər bunu fiziki zəiflikdən çox, düzgün texnikanın olmaması və tələsik məşq etmə ilə izah edirlər.

Peşəkar idmançılar hərəkət texnikasını uzun müddət formalaşdırır və yükü mərhələli şəkildə artırırlar. Həvəskarlar isə çox vaxt ağır çəkilərə tez keçərək və başqalarını təqlid edərək səhv riskini artırırlar.

Zədəyə səbəb ola bilən məşqlər arasında sürət artdıqda texnikanın pozulduğu hərəkətlər, çiyin və bel bölgəsinə yük salan qaldırma hərəkətləri, eləcə də tullanma və eniş zamanı diz və topuqlara təsir edən məşqlər göstərilir.

Mütəxəssislər tövsiyə edir ki, ilk növbədə düzgün texnika öyrənilməli, sonra isə tədricən sürət və çəki artırılmalıdır. Hərəkət zamanı forma pozulursa, məşqi davam etdirmək yox, dayandırmaq daha doğru hesab olunur.

Həmçinin ağrının nəzərə alınmaması zədələri daha da ağırlaşdıra bilər. Belə hallarda istirahət və lazım gələrsə, mütəxəssisə müraciət etmək vacib sayılır. \\Milli.Az