Fransada mühüm dövlət müəssisəsinin elektron sistemlərinə edilən kütləvi kiberhücum və məlumatların mənimsənilməsi işi üzrə 15 yaşlı şəxs şübhəli şəxs qismində cəlb olunub.
NOCOMMENT.az BFMTV telekanalına istinadla xəbər verir ki, bu barədə Paris prokurorluğu açıqlama yayıb.
Qurum aprelin 30-da rəqəmsal sənədləşmə işlərinə cavabdeh olan ANTS milli agentliyinə qarşı aprelin 15-də həyata keçirilmiş kiberhücumda əli olduğu ehtimal edilən yeniyetmənin həbs edildiyini bildirib.
Qeyd olunub ki, kiberhücum zamanı təqribən 12 milyon istifadəçi hesabına aid fərdi məlumatlar ələ keçirilib. Oğurlanmış materialların mühüm qismi “darknet”də “breach3d” ləqəbli haker tərəfindən satışa çıxarılıb. Təhqiqatçılar yekunda məhz bu təxəllüsdən istifadə edən adamın kimliyini aydınlaşdıra biliblər.
İrəli sürülən ittihamlar üzrə təqsirləndirilən şəxsi 7 ilədək azadlıqdan məhrumetmə və 300 min avroyadək məbləğində cərimə gözləyir.\\Oxu.Az










