​“Uşağım olmadığı üçün arvadımdan üzr istəyirəm”backend

​“Uşağım olmadığı üçün arvadımdan üzr istəyirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli tanınmış aktyor Turqay Tanülkü qatıldığı televiziya proqramlarının birində həyatının ən təsirli məqamlarını bölüşüb.

NOCOMMENT.az xəbər verir ki, “Kurtlar Vadisi” serialında yaratdığı Şahin obrazı ilə məşhurlaşan sənətçi bioloji övladının olmadığını deyib: “Amma özümü sonsuz saymıram. Bu gün 26 mənəvi övladım və 9 nəvəm var. Onları böyük bir ailə kimi görürəm”.

Uşaq evində böyüyən və daha sonra həbs həyatı yaşayan Tanülkü məhbəsdə bir uşağın acınacaqlı taleyinə şahid olduqdan sonra qərar verib ki, valideynsiz qalan azyaşlılara sahib çıxsın. İlk dəfə bir məhkumun uşağına dəstək olması ilə başlayan bu yol sonradan onun həyat missiyasına çevrilib.

Tanülkü qeyd edib ki, sağlamlıq problemlərinə görə övladı olmayıb və bu səbəbdən hər il Analar Günündə həyat yoldaşından üzr istəyir: “Xanımıma övlad verə bilmədiyim üçün özümü borclu hiss edirəm”.

Aktyorun sözlərinə görə, himayəsinə götürdüyü uşaqların hamısı onun üçün eyni dərəcədə doğmadır: “Onların yaxşı təhsil alması, cəmiyyətə faydalı fərdlər kimi yetişməsi mənim üçün bir nömrəli vəzifədir”./Metbuat.az/