MEDİA Forumunda kritik xəbərdarlıq: rəqəmsal mühitdə gizli təhlükələrbackend

MEDİA Forumunda kritik xəbərdarlıq: rəqəmsal mühitdə gizli təhlükələr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum çərçivəsində “Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə” adlı panel sessiya keçirilib.

NOCOMMENT.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini, Rəqəmsal kommunikasiya, qurum vətərəfdaşlarla iş sektorunun müdiri Ayla Həsənova-Məmmədova çıxışında rəqəmsal təhlükəsizlik məsələsinin təhsil sistemində bir komponentə çevrildiyini bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, bu yöndə sistemli layihələr artıq başlayıb, təhsil sistemində rəqəmsal savadlılıq üçün struktur yaradılıb:

“Ölkədə təxminən 4400 məktəbdən 2500-dən çoxu internetlə təmin edilib. Ümumtəhsil müəssisəsilərinin 90 faizdən çoxu internetlə təmin edilib”.

NOCOMMENT.az