“Bu gün səhiyyə sistemimiz üçün əlamətdar gündür. Ölkəmizin bir neçə aparıcı tibb müəssisəsinə yeni rəhbər təyinatlarının edilməsi həm məsuliyyətli, həm də ümidverici bir addımdır”.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Yeni Klinikanın keçmiş direktoru, məşhur həkim Barat Yusubov xəstəxanalara yeni direktorların təyin edilməsi barədə qeyd edib.
“Xüsusilə, uzun müddət rəhbərlik etdiyim xəstəxanaya direktor vəzifəsinə təyin olunan dəyərli həmkarımı ürəkdən təbrik edirəm. Bu məsuliyyətli vəzifədə ona uğurlar arzulayıram. İnanıram ki, onun peşəkarlığı, insanlara yanaşması və rəhbərlik keyfiyyətləri müəssisənin daha da inkişafına mühüm töhfə verəcək. Eyni zamanda, digər xəstəxanalara təyin olunan bütün həmkarlarımı da səmimi qəlbdən təbrik edir, fəaliyyətlərində uğurlar və davamlı inkişaf arzulayıram”, – deyə həkim bildirib.
O, vurğulayıb ki, səhiyyə hər zaman komanda işidir:
“Hər birimizin məqsədi eynidir – insanlara daha keyfiyyətli xidmət göstərmək və sistemimizi daha güclü etmək Hər birinizə bu yolda uğurlar arzulayıram”.










