Şöbə müdirindən süni intellektlə bağlı MÜHÜM MESAJbackend

Şöbə müdirindən süni intellektlə bağlı MÜHÜM MESAJ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Süni intellekt mediaya yeni imkanlar açmaqla yanaşı, dezinformasiya və manipulyasiya risklərini də artırır”.

Bunu Medianın İnkişafı Agentliyinin media təhlil şöbəsinin müdiri Səbinə Seyidova Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 3-cü Forumun panel sessiyasında deyib.

Nocomment.az xəbər verir ki, onun sözlərinə görə, süni intellekt jurnalistlərin rutin işlərini azalda, vaxtdan daha səmərəli istifadə etməyə və strateji düşüncəyə daha çox imkan yarada bilər.

“Amma süni intellektdən istifadə şəffaf və məsuliyyətli olmalıdır. Media qurumları bu texnologiyadan auditoriya etimadını qorumaq və keyfiyyətli kontent yaratmaq üçün yararlanmalıdır,”- Seyidova əlavə edib.