Dövlət rəsmisindən “Roblox” AÇIQLAMASIbackend

Dövlət rəsmisindən “Roblox” AÇIQLAMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda uşaq müdafiəsi məsələsi ilə 11 dövlət qurumu məşğuldur. Bu sağlam və təhlükəsiz mühitin yaradılması ilə bağlı prosesləri bir neçə səviyyəyə bölməliyik. Bəzi proseslər var ki, onun qarşısını tək dövlət ala bilmir. Xüsusilə uşaqlarla bağlı baş verən məsələlər buraya daxildir. Bir sıra dövlət qurumları məsələ ilə bağlı birlikdə fəaliyyət göstərməlidir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təhlil və inkişaf təminatı şöbəsinin müdiri Elgün Səfərov deyib. O bildirib ki, dövlət komitələrinin verdiyi arayışa görə 2018-ci ildə uşaqların zərərli informasiyadan qorunması haqqında qanun layihəsi qəbul edilib:

“Bütün hökumət orqanları bu məsələdə birgə fəaliyyət göstərməlidir. Tək uşaqlar deyil, qadınlara qarşı olan zorakılığın da qarşısını almalıyıq. Beynəlxalq təşkilatlar və biznes təşkilatları ilə birlikdə fəaliyyəti davam etdirməliyik.

Hazırda məşhur olan “Roblox” oyunun yayılması haqqında dəfələrlə müraciət etmişik. Onun fəaliyyətinin qarşısını almaq üçün çalışmalıyıq. Blogerlər də qadın və uşaqlara qarşı törədilər zorakılıq məsələlərinin qarşısının alınması məsələlərinə öz töhfələrini verirlər və verməlidirlər. Bu zərərli məlumatlardan qorunmaq üçün elektron hökumətin əlçatanlığını təmin etmək lazımdır”.

E. Səfərov bildirib ki, ailə, qadın və uşaq məsələləri ilə bağlı yayılan bütün xəbərlərə diqqətlə yanaşmaq lazımdır:

“Təəssüflər olsun ki, qohum və uşaq nikahları, intihar halları ilə bağlı baş verən məsələlər 1 saat ərzində bütün mediada yayılır. Hər kəsə eyni vaxtda xəbərdarlıq göndərmək mümkün olmur. Burada əsas strateji fəaliyyət ailə hüquqlarının qorunmasından ibarətdir. Bütün bu məqamlara diqqət etmək lazımdır”.