“Ermənistan, Azərbaycan və Rusiya Federasiyasının bəyanatında Qarabağın statusundan bəhs edilmir”.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O əlavə edib ki, Rusiya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq hərəkət edir: “Bu sənəddə Qarabağın statusu barədə məlumat verilmir. Biz indiki anda beynəlxalq hüququn bütün müvafiq əsas aktlarından, ilk növbədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrindən və digər sənədlərdən çıxış etməyə davam edirik”.