Bu gündən etibarən istehlakçıların istiliklə təmin edilməsinə başlanılıb.
NOCOMMENT xəbər verir ki, bunu report-a eksklüziv açıqlamasında “Azəristiliktəchizat” ASC-nin sədrinin müavini İlham Mirzəliyev deyib.
İ.Mirzəliyevin sözlərinə görə, yubanmaya səbəb texniki məsələlər olub: “Artıq abunəçilərin istiliklə təchiz edilməsi üçün qərar verilib və bu gündən etibarən onların istiliklə təmin edilməsinə başlanıb. Gün ərzində qoşulmalar tamamlanacaq”.
“Azəristiliktəchizat” rəsmisi deyib ki, son 2 ildə abunəçilərin tələbatını ödəmək üçün 5 yeni qazanxana istismara verilib.