“Düşmən işğalından azad olunan ərazilərin 80-85 faizi təhlükəli ərazilərdir”.
NOCOMMENT xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov deyib.
Onun sözlərinə görə, insanların öz ata-baba yurdlarına qayıtması ilkin mərhələdə olacaq: “İkinci mərhələdə isə əkin yerləri təmizlənəcək, Daha sonra isə ucqar yerlər minalardan təmizlənəcək. 3-5 il ərazində insanların öz ata-baba yurdlarına tam qayıtması nəzərdə tutulur”.