İran xarici şirkətlərin peyvəndlərinin ölkə sakinləri üzərində testini qadağan etdibackend

İran xarici şirkətlərin peyvəndlərinin ölkə sakinləri üzərində testini qadağan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici şirkətlər artıq koronavirusa qarşı peyvəndlərini İran vətəndaşları üzərində test edə bilməyəcəklər.

NOCOMMENT xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani bildirib.

“Xarici şirkətlər İran xalqı üzərində test etmək üçün bizə peyvənd vermək istəyirdi. Ancaq ölkənin Səhiyyə Nazirliyi bunun qarşısını aldı. İnsanlarımız peyvənd istehsal edən şirkətlər üçün test cihazı olmayacaqlar”, – deyə Ruhani bildirib.

Agentlik prezidentin peyvəndləri qadağan olunan şirkətlərin adını çəkmədiyini də əlavə edib.