Ermənistanda ehtiyatda olan hərbçilər martın 6-da ölkənin Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirəcəklər.
NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə bir qrup keçmiş hərbçinin müraciətində bildirilib.
Məqsəd baş nazir Nikol Paşinyanın istefasını tələb edən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyana dəstək verməkdir.
Onlar Ermənistan ordusunun veteranlarını, keçmiş hərbçiləri mitinqdə iştirak etməyə çağırıblar.