Rusiya xarici işlər naziri Sergey Lavrov sabah MDB XİN Şurasının iclasında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Lavrov Ceyhun Bayramovla yanaşı, ermənistanlı həmkarı Ara Ayvazyanla da görüşəcək.
Amma tərəflərin üçtərəfli görüş keçirməsi planlaşdırılmır. Lavrov Bayramov və Ayvazyanla ayrı-ayrılıqda qapalı formatda təkbərək görüşlər keçirəcək.