Sabiq rəis Eldar Mahmudovun qızını məhkəməyə verdibackend

Sabiq rəis Eldar Mahmudovun qızını məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşov yenidən sabiq MTN rəhbəri Eldar Mahmudovun qızını məhkəməyə verib.

NOCOMMENT unikal.org-a istinadən xəbər verir ki, A.Qaraşov Caspian Service MMC və Mahmudova Nərgiz Eldar qızı barədə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi verərək göstərib ki, bağlanan alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, çıxarış ləğv olunsun və mənzillər boşaldılaraq təhvil verilsin.

Aprelin 15-də Yasamal Rayon Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə məhkəmə prosesinin hazırlıq iclası keçiriləcək.

Qeyd edək ki, A.Qaraşov keçən il eyni səbəbə görə məhkəməyə müraciət etmişdi.