Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini general-leytenant Karen Abramyanı vəzifəsindən azad edib.
NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
O, baş nazir Nikol Paşinyanın təqdimatı ilə işdən çıxarılıb.
K.Abramyan 2020-ci ilin fevralına qədər qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri olub. Həmin ilin iyununda Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini təyin edilib.