Ermənistanın Kentron bölgəsinin icra başçısının müavini Armen Azizyan və icra strukturunun idarə rəisi Manvel Marqaryan həbs edilib.
NOCOMMENT teleqraf-a istiandən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu bildirib.
Qeyd edilib ki, Armen Azizyana qarşı 309-cu maddə ilə cinayət işi qaldırılıb. Böyük bir bölgəyə rəhbərlik edən Azizyan vəzifə səlahiyyətlərini aşmaqda zorakılıqda, silah və xüsusi vasitələrdən istifadə etməkdə ittiham edilir. Manvel Marqaryan isə xuliqanlıq ittihamı ilə saxlanılıb.