ADPU-nun kafedra müdiri vəfat etdi – FOTObackend

ADPU-nun kafedra müdiri vəfat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və Biologiya fakültəsinin Fiziologiya kafedrasının müdiri vəfat edib.

Bu barədə NOCOMMENT.az-a Universitetdən məlumat verilib.

“Təəssüf hissi ilə bildiririk ki , Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və Biologiya fakültəsinin Fiziologiya kafedrasının müdiri, Biologiya üzrə fəlsəfə doktoru, müəllimlərin, tələbələrin və universitet əməkdaşlarının sevimlisi, dəyərli alim və pedaqoq, dosent Nizam Mehdizadə haqq dünyasına qovuşub.

ADPU rəhbərliyi, elmi-pedaqoji və tələbə heyəti adından mərhum pedaqoqumuzun yaxınlarına dərin hüznlə baş sağlığı veririk. Allah rəhmət eləsin!”, – deyə məlumatda qeyd olunur.