MN: PUA-mızın Ermənistan ərazisinə keçməsi məlumatı yalandırbackend

MN: PUA-mızın Ermənistan ərazisinə keçməsi məlumatı yalandır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının guya Ermənistan ərazisinə keçməsinin qarşısını alınması barədə yayılan məlumat qarşı tərəfin növbəti yalanıdır və dezinformasiya xarakteri daşıyır”.

Bu barədə NOCOMMENT-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

“Həmin istiqamətdə pilotsuz uçuş aparatları havaya qaldırılmayıb və istifadə olunmayıb. Belə məlumatlar yaymaqla Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaq kimi təxribatlarını ört-basdır etməyə və ictimaiyyəti aldatmağa çalışır.

Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – deyə nazirlikdən bildirilib.