Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlan Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Əliyev və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi üzrə bu gün məhkəmə baxışı başlanacaq.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılacaq.
Cinayət işi hakim Aslan Kalbalıyevin sədrliyi ilə keçiriləcək.