İbrahim Kalın: Əgər F-35 problemi həll olunmazsa… – VİDEObackend

İbrahim Kalın: Əgər F-35 problemi həll olunmazsa… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın medianın gündəmlə bağlı suallarını cavablandırıb.

NOCOMMENT xəbər verir ki, o, Rusiyadan alınan S-400 zenit-raket komplekslərinin “İncirlik” aviabazasına daşınması barədə yayılan xəbərləri təkzib edib.

Kalın Türkiyənin yeni nəsil F-35 qırıcıları proqramında iştirakını ölkəsi üçün birinci seçim adlandırıb. Lakin problemin həllinin mümkün olmadığı təqdirdə, ABŞ-a ödənilən 1.4 milyard dolların F-16-larla kompensasiya edilə biləcəyini vurğulayıb.

Prezidentin sözçüsü Ukrayna və Rusiya arasında hər hansı bir toqquşmanı arzu etmədiklərini bildirib.

Həmçinin, o, Türkiyənin Suriyada növbəti antiterror əməliyyatına başlaya biləcəyini qeyd edərək, silahlı qüvvələrin ölkə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün daim hazır vəziyyətdə olduğunu deyib.