Peyvəndlənən uşaqlara 100 dollar TƏKLİF EDİLDİbackend

Peyvəndlənən uşaqlara 100 dollar TƏKLİF EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus əleyhinə peyvənd olunan 5-11 yaş arası uşaqların 100 dollar almaq hüququ var.

NOCOMMENT.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Nyu-York şəhərinin meri Bill de Blazio özünün “Twitter” səhifəsində yazıb.

“Şəhərin vaksinasiya mərkəzində koronavirusa qarşı peyvənd olunan 5-11 yaş arası uşaqlar 100 dolları məbləğində mükafat almaq hüququna malikdir”, – deyə Bill de Blazio bildirib.

Bir müddət öncə tibbi tənzimləyicilər FDA və CDC 5-11 yaşlı uşaqları vaksinasiyadan keçirmək üçün “Pfizer” peyvəndinin istifadəsinə icazə verib. Uşaqlar arasında ağırlaşmalar və ölüm hallarına nadir hallarda rast gəlinsə də, COVID-19 infeksiyasına yoluxmaların təxminən dörddə birini azyaşlılar təşkil edir.

Hazırda Nyu-York əhalisinin 67,4 faizi koronavirus əleyhinə tam olaraq, 6,4 faizi qismən peyvənd edilib, 26,3 faizi isə vaksinasiyadan keçməyib.
publika.az