Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransanın paytaxtı Parisə işgüzar səfərə yollanacaq.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, səfər dekabrın 10-dək davam edəcək. Səfər çərçivəsində erməni nazirin digər tərəfdaşlarla da görüşü nəzərdə tutulub.