Avropa İttifaqının Avropa Dərman Agentliyi (EMA) “Novavax” şirkətinin COVID-19-a qarşı nəzərdə tutulan “Nuvaxovid” peyvəndinin istifadəsinə icəzə verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Agentliyin mətbuat xidməti məlumat yayıb.
Agentlik vaksin haqqında məlumatların etibarlı olduğu və Aİ-nin effektivlik, təhlükəsizlik və keyfiyyət meyarlarına cavab verdiyi qənaətinə gəlib.
İki əsas klinik sınaqdan alınan nəticələr göstərib ki, “Nuvaxovid” 18 yaşdan yuxarı şəxslərdə COVID-19-un qarşısının alınmasında təsirlidir. Klinik sınaqlarda ümumilikdə 45000-dən çox insan iştirak edib.