Yaponiyanın Azərbaycandakı səfirliyinin qadın katibi qəzaya düşüb.
NOCOMMENT xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda qeydə alınıb.
Belə ki, Yaponiyanın Azərbaycandakı səfirliyinin II katibi Yumi Kitanonun idarə etdiyi “Nissan” markalı avtomobillə “BakuBus” MMC-nin 211 saylı xətt avtobusu toqquşub.
Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.