Paşinyana qarşı hərəkətə keçdilər: Bakı ilə danışıqlara mane olmaq istəyirlərbackend

Paşinyana qarşı hərəkətə keçdilər: Bakı ilə danışıqlara mane olmaq istəyirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vanetsyan və onun rəhbərlik etdiyi “Şərəfim var” fraksiyası Paşinyan üçün barometr xidməti göstərir”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu jurnalist, siyasi şərhçi Asəf Quliyev deyib.

Ekspert Ermənistan daxilində hazırkı baş nazir üçün geniş imkanların yarandığını bildirib: “Ermənistan müxalifətinin parlamentdəki “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan İrəvanın mərkəzində aksiyalara başladığını elan edib. Onun çağırışı ilə aksiyaya qoşulanlar var. Hətta 44 günlük müharibədə iştirak etmiş iki zabit Vanetsyanın çağırışına aclıq aksiyası ilə qoşulub.

Vanetsyanın əsas tələbi Baş nazir Nikol Paşinyanın Azərbaycanla danışıqlarına mane olmaq, sülh sazişinin bağlanmasını rədd etmək, Azərbaycanın ərazi bötüvlüyünü tanımamaqdır. Çünki Vanetsyan hesab edir ki, bütün bunlar Qarabağın birdəfəlik itirilməsi deməkdir.

Dünən başladığı aksiyada Vanetsyan hamını küçəyə çıxmağa, Paşinyana etiraz etməyə səsləyib.

Bu aksiya maraqlı bir vaxta təsadüf edir. Belə ki, aprelin 17-də İrəvanda aksiya başlayır, iki gün sonra isə Nikol Paşinyan Kremldə Rusiya lideri Vladimir Putinlə görüşür. Rusiyanın dövlət telekanalı “Rossiya 1” belə qarışıq məqamda bu görüşün çox mühüm olduğunu bildirib”.

Asəf Quliyev radikal müxalifətin Paşinyana qarşı kütləvi aksiya keçirmək planlarının baş tutmadığına diqqət çəkib: “Xatıraldaq ki, bundan əvvəl Nikol Paşinyanın parlamentdə çıxışından sonra “Ermənistan” və “Şərəfim var” fraksiyaları mitinq keçirmişdilər. Bu mitinqdə 10 min adamın iştirak edəcəyi bəyan olunsa da, aksiya təşkilatçıları buna nail ola bilmədilər. İndi isə aksiyanı “Şərəfim var” fraksiyası təşkil edib. Bu aksiyanın xalq tərəfindən ciddi dəstək alacağı inandırıcı görünmür.

Doğrudur, bu gün Ermənistanda azsaylı aqressiv millətçi kütlə var. Ancaq bötövlükdə Ermənistan cəmiyyətini nə “Miatsum”, nə də “Artsax” şüarı ilə küçəyə çıxarmaq mümkündür.

Belə bir durumda keçirilən bu aksiyalar əslində Paşinyanın daha geniş manevr imkanları yaradır. Əslində dünəndən başlayan aksiyanı Ermənistan cəmiyyətinin Qarabağ mövzusuna yanaşmasının barometri də hesab etmək olar. Necə deyərlər, Vanetsyan və onun rəhbərlik etdiyi “Şərəfim var” fraksiyası Paşinyan üçün barometr xidməti göstərir”.