Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Momotovo qəsəbəsini Rusiya hərbçilərindən azad edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə hərbi jurnalist Roman Boçkala məlumat yayıb.
“Beləliklə, işğalçılar Xarkov rayonundan sıxışdırılıblar”, – Boçkala bildirib.
Ukraynalı müdafiəçilərin bildirdiyinə görə, Momotovo kəndi Kutuzovka ilə birlikdə işğaldan azad olunub.