“Valyuta satışında məhdudiyyət qoyula bilər” – RƏSMİbackend

“Valyuta satışında məhdudiyyətlər qoyula bilər” – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizə konteksində bankların daxili nəzarət sistemi üzərindən tətbiq etdiyi yanaşmaya uyğun olaraq vətəndaşlara valyuta satışında məhdudiyyətlər qoyula bilər”.

NOCOMMENT xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Toğrul Əliyev məlumat verib.

O bildirib ki, bu yanaşma təkcə valyuta əməliyyatları ilə əlaqədar deyil , digər əməliyyatlarla bağlı da tətbiq olunur: “Beynəlxalq standartlara, eyni zamanda ölkə qanunvericiliyinə uyğun olaraq digər maliyyə instutları və subyektlər kimi banklar da çirkli pulların yuylmasına qarşı mübarizə sahəsində daxili nəzarət sitemlərini təkmilləşdirməli və yenidən qurmalıdırlar”.

Həmçinin Toğrul Əliyev qeyd edib ki, valyuta bazarına tələb-təkliflə bağlı heç bir problem yoxdur.

“Hazırda Azərbaycanın valyuta bazarında tələb-təkliflə bağlı hansısa narahatlıq müşahidə edilmir. Əhalinin valyuta satışı valyuta alışından çoxdur”,- o deyib.