İran XİN: Nə Ukrayna, nə də Rusiyanın tərəfini tuturuqbackend

İran XİN: Nə Ukrayna, nə də Rusiyanın tərəfini tuturuq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran və Rusiya arasında hərbi əməkdaşlıq müqaviləsi var. Amma Ukraynadakı müharibədə heç bir tərəfi dəstəkləmirik, çünki bunun davam etməsini istəmirik”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “Al-Monitor”a müsahibəsində ölkəsinin Rusiyaya dron satıb-satmadığı sualına cavab verərkən deyib.

“Ukraynada, Yəməndə və ya Fələstində istənilən müharibəyə qəti şəkildə qarşıyıq. Biz də Ukraynada sülh və atəşkəsə nail olmaq səylərində iştirak etdik. Hər hansı tərəfin Ukraynaya və ya Rusiyaya silah göndərməsini yanlış hesab edirik. Siyasi dialoqa və bu böhranın siyasi danışıqlar yolu ilə həllinə kömək etməyə davam edəcəyik”, – deyə nazir bildirib.