İran “Hizbullah” və HƏMAS yaraqlılarına Ukraynadan silah almağa icazə veribbackend

İran “Hizbullah” və HƏMAS yaraqlılarına Ukraynadan silah almağa icazə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “Hizbullah” və HƏMAS-ın Ukraynada asanlıqla silah ala biləcəyini bildirib. Bu barədə TASS məlumat yayıb.

“Məndən silahı haradan ala biləcəklərini soruşsanız, onları əldə edə biləcəkləri qara bazarlardan biri də Ukraynadır. Çox asanlıqla, çox səy göstərmədən Ukraynada nəyisə əldə edə bilərlər”, – İranın xarici işlər naziri Doha Forumunda qeyd edib.

Bundan əlavə, o, İranın əvvəllər Livanın şiə təşkilatı “Hizbullah”a və radikal Fələstinin HƏMAS hərəkatına “beynəlxalq hüququ nəzərə alaraq və işğalçı (İsrail) ilə qarşıdurma kontekstində” hər cür dəstəyi verdiyini bildirib.