AB sanksiyalara cürət etməsin – Çavuşoğludan xəbərdarlıqbackend

AB sanksiyalara cürət etməsin – Çavuşoğludan xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Birliyi (AB) Türkiyəyə qarşı sanksiya tətbiqinə cürət etməsin.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu İtaliyanın “La Stampa” qəzetinə açıqlamasında deyib.

O bildirib ki, Türkiyə bölgədə maraqlarını müdafiə edir: “Bütün sanksiyalar əks təsir göstərir. Bu da həm öz maraqlarımızı, həm də Kipr türklərinin mənfəətini qorumaq istəyini daha da gücləndirər. Türkiyə Aralıq dənizinin şərq hissəsində beynəlxalq hüquq normaları çərçivəsində maraqlarını qoruyur.

Münasibətlərimizi normallaşdırmaq vacibdir. Bunun yeganə yolu isə budur: Bəzi AB üzvlərinin maksimalist tələblərini Türkiyə-AB münasibətlərindən ayırmaq lazımdır”.