ABŞ bu ölkə ilə ittifaqını gücləndirirbackend

ABŞ bu ölkə ilə ittifaqını gücləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin dövlət katibi Entoni Blinken taylandlı həmkarını Dövlət Departamentində qarşılayıb.

NOCOMMENT.az xəbər verir ki, o, ABŞ və Tayland arasındakı münasibətlərin müsbət inkişafından məmnunluğunu, iki ölkənin bundan sonra da mövcud ittifaqı gücləndirmək üçün addımlar atmalı olduğunu deyib:

“Sizi burada görmək çox xoşdur. Biz Tayland və Birləşmiş Ştatlar arasında diplomatik münasibətlərin və uzunmüddətli müttəfiqliyin 190 illiyini qeyd edirik. İnanıram ki, ittifaqımızda, qətiyyətlə bizi birləşdirən amillərə nail olacağıq.

İndi və gələcəkdə əsas məsələ bu ittifaqı daha da gücləndirmək, istər regionda, istərsə də qlobal miqyasda qarşılaşdığımız çoxsaylı problemlər üzərində birgə işləməkdir. Söhbət təhlükəsizlikdən, iqlim dəyişikliyindən, həm də öz iqtisadi əlaqələrimizin dərinləşməsindən gedir”.