KoronaVirus İnformasiya Portalı
ABŞ-dan Türkiyəyə qarşı XAİN ADDIM: Qarabağa görə…backend

ABŞ-dan Türkiyəyə qarşı XAİN ADDIM: Qarabağa görə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın “Xilinx” şirkəti Türkiyənin “Roketsan” raketləri üçün hissə tədarükünü dayandıracaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi Tara Simsin Amerikanın Erməni Milli Komitəsinin (ANCA) sorğusuna cavab olaraq verdiyi açıqlamada deyilir.

“Bu yaxınlarda “Xilinx” çiplərini daşıyan silahlı pilotsuz uçuş aparatlarından Dağlıq Qarabağda istifadə edildiyini öyrəndik. Texnologiyamızın şiddət tətbiqində istifadəsinin qarşısını almaq üçün edə biləcəyimiz tədbirləri müəyyənləşdirməyə dair kompleks yoxlanışa başladıq.

Araşdırmamızdan sonra səlahiyyətli distribütorlarımıza məhsullarımızın gələcəkdə bu cihazın yaradılmasında iştirak etdiyini müəyyənləşdirdiyimiz şirkətlərə tədarükünü dayandırmağı tapşırdıq”, – açıqlamada bildirilir.

Qeyd olunur ki, şirkətin məhsullarının tədarükü və paylanması ilə bağlı yoxlama artıq başlayıb.

“Roketsan” Ankarada yerləşən böyük silah istehsalçısı və müdafiə podratçısıdır. Şirkət 1988-ci ildə raket texnologiyasına dair milli sənaye bazası yaratmaq üçün Türkiyə Müdafiə Sənayesi İcra Komitəsi tərəfindən qurulub.

Xatırladaq ki, artıq 7 şirkət Türkiyənin “Bayraktar” PUA-ları üçün komponent tədarük etməkdən imtina edib. Bunlar “Garmin” (ABŞ), “Trimble Navigation” (ABŞ), “Vlasat” (ABŞ), “Northrop Grumman” (ABŞ), “Beringer Aero” (ABŞ, Böyük Britaniya), “Rotax 912” (Avstriya, Kanada) və “Wescam”dır (Kanada).

Məlumat üçün bildirək ki, Azərbaycan Silahlı Qüvvələri sözügedən PUA-lardan yalnız Ermənistanın legitim hərbi hədəflərini zərərsizləşdirmək üçün istifadə edib.

Publika.az