ABŞ-də Kiyevə yardım haqqında qanun layihəsi müzakirədəbackend

ABŞ-də Kiyevə yardım haqqında qanun layihəsi müzakirədə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ Konqresinin Nümayəndələr Palatası Kiyevə yardım haqqında qanun layihəsinə baxacaq”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Seçilmiş Komitəsinin sədri Mayk Törner bildirib. Onun sözlərinə görə, ABŞ Konqresinin Aşağı Palatasının spikeri Mayk Conson bu məsələni apreldə müzakirəyə çıxarmağı planlaşdırır.

Bu, federal hökuməti maliyyələşdirmək üçün qanun layihələrini qəbul etdikdən sonra gündəliyin növbəti əsas maddəsi olacaq.

Siyasətçi ümid edib ki, qanun layihəsi Konqresdə dəstək tapacaq, bundan sonra imzalanmaq üçün ABŞ Prezidenti Co Baydenə təqdim ediləcək.