ABŞ-dən Tayvana F-16 raketlərinin satışına icazəbackend

ABŞ-dən Tayvana F-16 raketlərinin satışına icazə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Çinlə suverenlik münaqişəsində olan Tayvana F-16 döyüş təyyarələrində istifadə edilən 619 milyon dollarlıq raketlərin satışını təsdiqləyib.

NOCOMMENT xəbər verir ki, Tayvana 100 ədəd “AGM-88B HARM” tipli 100 radar əleyhinə raket və “AMRAAM” tipli 200 ədəd hava-hava raketinin satışına icazə verilib.

Ümumilikdə 619 milyon dollara başa gələcək satışın Tayvanın hava hücumundan müdafiə qabiliyyətini, regional təhlükəsizliyini və ABŞ ilə birgə əməliyyat qabiliyyətini artıracağı vurğulanıb.

ABŞ istehsalı olan F-16 döyüş təyyarələrində istifadə edilən raket və avadanlıqlar ABŞ-ın müdafiə şirkətləri Raytheon və Lockheed Martin tərəfindən istehsal olunur.

Silah satışının təsdiqlənməsinin Tayvanı öz ərazisi kimi görən Çinin reaksiyasına səbəb olacağı gözlənilir.

Çinin Ticarət Nazirliyi əvvəlki silah satışına görə iki şirkətə idxal və ixrac qadağası qoyub.