Alen Simonyanın qardaşının həyat yoldaşı 2 aylıq həbs edilib – YENİLƏNİBbackend

Alen Simonyanın qardaşının həyat yoldaşı 2 aylıq həbs edilib – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin sədri Alen Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorkyan 2 ay müddətinə həbs edilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, o, vəzifə səlahiyyətlərindən sui-istifadəyə şərait yaratmaqda ittiham olunur.

İstintaq iş üzrə ümumilikdə 7 nəfərin həbsi ilə bağlı məhkəməyə vəsatət verib.

***

10:25

Hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan parlamentinin spikeri Alen Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorqyanı saxlayıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, o, İqtisadiyyat Nazirliyində sui-istifadə hallarına görə saxlanılıb.

Nəşrin məlumatına görə, saxlanılmağa səbəb Gevorqyanın İqtisadiyyat Nazirliyinin elan etdiyi tenderlərdən birində “Synergy” şirkətinin əməkdaşı kimi iştirak etməsi olub.