Alimlər həftədə 3 banan yeməyi məsləhət görürbackend

Alimlər həftədə 3 banan yeməyi məsləhət görür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dietoloqlar bananın qan təzyiqini sabitləşdirə biləcəyini açıqlayıblar.

Bildiyimiz kimi yüksək təzyiq dünya miqyasında bir çox insanı narahat edən əsas problemlərdəndir. Həkimlər hipertoniya xəstəliyinin qan damarları və həyati orqanlar üzərində əlavə bir yük olduğunu bildirib. NOCOMMENT.az xəbər verir ki, mütəxəssislər hipertoniyadan əziyyət çəkməmək üçün banan yeməyi məsləhət görür. Belə ki, həftədə 3 və ya 4 dəfə yeyilən banan hipertoniyanın təhlükəli simptomlarını aradan qaldırmağa kömək edəcək.

Karbohidratlar və B6 vitamini ilə zəngin olan bu meyvə həzm sistemi üçün də olduqca faydalıdır.

Alimlərin sözlərinə görə bananın yaşıl və ya “çilli” olması vacibdir.