Əliyevin İrəvandakı sammitə qoşulmasının şok detalları - Nələr baş verir?

Əliyevin İrəvandakı sammitə qoşulmasının şok detalları - Nələr baş verir?

Cənubi Qafqazın siyasi mənzərəsində tarixi anlar yaşanmaqdadır. Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin (ASB) sammitində Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda iştirakı və geniş nitqlə çıxış etməsi regionda yeni era nın başladığından xəbər verir. Beynəlxalq ekspertlərin "gözlənilməz gediş" kimi qiymətləndirdiyi bu addım, rəsmi Bakının diplomatik çevikliyini və sülh prosesindəki qətiyyətini nümayiş etdirdi. Onlayn qoşulma formatına baxmayaraq, bu addım sammiti baykot etməmək və Ermənistanın ev sahibliyi etdiyi platformada Azərbaycanın haqlı səsini çatdırmaq strategiyasına xidmət edir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə qeyd edib ki, bu iştirak faktiki olaraq iki dövlət arasında qarşılıqlı etimadın və sülh mühitinin real göstəricisidir: "Bununla da Azərbaycanın sülhə sadiq olduğu, Cənubi Qafqazda yeni siyasi münasibətlər sisteminin formalaşdığı mesajı verildi. Avropa Siyasi Birliyinin Cənubi Qafqazdakı sammitinə Azərbaycan Prezidentinin qatılması regionda ölkəmizin söz sahibi olması deməkdir. Demək olar ki, cənab Prezident siyasi iradə ortaya qoyaraq Cənubi Qafqazla Avropa arasında əməkdaşlığın inkişafına töhfə vermiş oldu".

Onun sözlərinə görə, bu çıxışın Ermənistanın daxili auditoriyasına təsiri və sülh müqaviləsinin yaxınlaşması prosesi artıq dönməz xarakter alıb: "Prezidentin sammitdə çıxışı Ermənistan televiziyalarında yayımlandı. Bu, iki ölkə arasında mövcud sülhün olduğunu ortaya qoydu. Prezidentin bu sammitdə çıxışından sonra Nikol Paşinyan 2028-ci ildə Azərbaycanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Bakıya gedəcəyinə ümid etdiyini vurğuladı. Demək olar ki, Cənubi Qafqazda sülh var və bu il iki ölkə arasında sülh de-yure qüvvəyə minəcək. Avropa Siyasi Birliyinin sammitində Baş nazir Əli Əsədov da çıxış edə bilərdi. Amma cənab Prezident özü bu sammitdə çıxış edərək prosesin gedişinə və sammitin Ermənistanda keçirilməsinə böyük dəstək verdiyini nümayiş etdirdi. Bu, N. Paşinyanın da mövqeyini gücləndirir. Qərbin bəzi ölkələri də gördü ki, iki ölkə arasında real sülh yaranır".

Bizim Telegram səhifəsinə abunə olun