Müctəba Xameneinin yeri bilindi - İLK DƏFƏ açıqlandı

Müctəba Xameneinin yeri bilindi - İLK DƏFƏ açıqlandı

İranın yeni ali lideri Müctəba Xameneinin ölkə xaricində olduğu bildirilir.

NOCOMMENT.az xəbər verir ki, İsrailin təhlükəsizlik orqanlarındakı mənbəsinin "Əl-Hədəs" telekanalına verdiyi məlumata görə, onun adından yayılan bəyanatlar əslində SEPAH komandanı Vahidi və qurumun digər yüksək rütbəli nümayəndələri tərəfindən hazırlanır. Mənbə qeyd edir ki, Möctəba Xameneinin ölkədə olmaması İran rəhbərliyində ciddi idarəetmə böhranı və dərin daxili fikir ayrılıqlarının olduğunu göstərir.

Eyni zamanda, mənbə iddia edir ki, Tehran mərhum ali lider Əli Xameneinin öldürülməsinə cavab olaraq, Təl-Əvivin mərkəzində yüksək rütbəli israilli məmurların məhvi üçün əməliyyat hazırlayıb. Məlumata görə, ABŞ İranın İsrail ərazisinə hücum edəcəyi təqdirdə belə, İsrailin hərbi əməliyyatlarda iştirakını istəmir.

Əli Səfərli,

NOCOMMENT.az