Ançelottidən Arda Gülər açıqlamasıbackend

Ançelottidən Arda Gülər açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti “Mançester Yunayted”lə oyundan sonra verdiyi açıqlamada milli ulduz Arda Gülərin “Barselona” matçında oynayacağını bildirib.

NOCOMMENT.az xəbər verir ki, baş məşqçi Ançelotti “Yunayted”i 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra açıqlama verərkən bu barədə danışıb.

Təcrübəli çalışdırıcı yüngül zədəsi səbəbindən “Milan” və “Mançester Yunayted” matçlarında oynaya bilməyən Arda Gülər ​​üçün də iddia qaldırıb.

Ançelotti Real Madridin əzəli rəqibi FC Barcelona ilə qarşılaşacağı El Clasico matçında Arda Gülərin meydana çıxacağını bildirib .

Xatırladaq ki, hazırlıq turnirində iyulun 30-da Real Madrid və Barselona komandaları üz-üzə gələcək.