Arıqlamaq üçün əlverişli yaş həddi açıqlandıbackend

Arıqlamaq üçün əlverişli yaş həddi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ tədqiqatçıları 40 yaşından sonra çəkinin azalması nəticəsində insan səhhətində müəyyən fəsadlar yarana biləcəyi qənaətinə gəliblər.

NOCOMMENT report-a istinadən xəbər verir ki, 1998-2015-ci illər arasında həyata keçirilmiş araşdırma nəticəsində arıqlamaq üçün ən əlverişli dövrün 24 ilə 40 yaş arasında olduğu üzə çıxıb. Məhz bu dövrdə piy təbəqəsinin azalması erkən ölüm ehtimalını ikiqat azaldır.

Bununla belə, 40 yaşından sonra arıqlayanların səhhəti daha böyük risklərlə üzləşib.

Dünya Bankının 2016-cı ilə olan məlumatına görə, yetişkən insanların 44 faizi artıq çəkidən əziyyət çəkirdi. Bu da 1975-ci ilə nisbətən 3 dəfə çoxdur.