Astarada tələbə dənizdə boğularaq ölüb – FOTO – YENİLƏNİBbackend

Astarada tələbə dənizdə boğularaq ölüb – FOTO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astarada dənizdə boğularaq ölən tələbənin kimliyi məlum olub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Astarada dənizdə boğularaq ölən şəxs Lerik rayonunun Cəngəmiran kənd sakini Tunar Taleh oğlu Qafarovdur.

Birinci kurs tələbəsi olan Tunar Qafarov 9 illik tədrisi bitirərək, Astarada kollecdə təhsilini davam etdirib.

Qeyd edək ki, Tunar Qafarov axşam saatlarında dostları ilə dənizdə çimərkən boğularaq ölüb.

***

18:57

Astarada tələbə dənizdə boğulub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Lerik rayon sakini, Astarada kollecdə təhsil alan şəxs çimərlikdə boğularaq ölüb.

Onun meyiti dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.