ATƏT sədri Rusiyanın təşkilatdakı rolunu dəyərləndiribbackend

ATƏT sədri Rusiyanın təşkilatdakı rolunu dəyərləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın razılığı olmadan ümumi konsensus prinsipi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) işləməyəcək. Bunu təşkilatın sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani deyib.

“Amma biz hesab edirik ki, ATƏT daxilində fikir ayrılıqları olduğu üçün bu “konsensus minus bir” prinsipi indi işləməyəcək. Bəzi üzvlər ATƏT-in fərqli düşünən ölkələr arasında dialoqu təmin etmək üçün platforma kimi yaradıldığını oxuyur”, – deyə siyasətçi qeyd edib.

Osmani həmçinin əlavə edib ki, ATƏT-in məqsədi bir-birinə zidd nöqteyi-nəzərdən olan ölkələri bir araya gətirmək və Avropa regionunda “sülh və sabitlik üçün təhlükəsizliyə hərtərəfli yanaşma” hazırlamaqdır. Onun fikrincə, Rusiyanın xaric edilməsi ilə bağlı müzakirələr “özünü tükəndirib”.