Rusiya ATƏT-dən çıxmayacaq – Rəsmi açıqlamabackend

Rusiya ATƏT-dən çıxmayacaq – Rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT) çıxmayacaq.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabbarov deyib.

Onun sözlərinə görə, digər iştirakçıların təzyiqlərinə baxmayaraq, Moskvanı təcrid etmək üçün Rusiyasız yeni təşkilat yaratmaq lazım gələcək.

“Biz ATƏT-dəki tərəfdaşlarımızı tərk etməyəcəyik. Biz Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradıcılarıyıq, bizi təcrid etmək mümkün olmayacaq. Əgər bizi təcrid etmək istəyirlərsə, onda başqa təşkilat yaratmalı olacaqlar” – deyə Rusiya təmsilçisi bildirib.