Avropa İttifaqının qərarı Mirzoyanı SEVİNDİRDİbackend

Avropa İttifaqının qərarı Mirzoyanı SEVİNDİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Ermənistana müşahidə missiyası göndərməsinə münasibət bildirib.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, nazir bu barədə tviter səhifəsində yazıb.

“Avropa İttifaqının Ermənistana geniş mülki missiya göndərmək barədə qərarını məmnunluqla qarşılayırıq. Missiya ilə sevərək əməkdaşlıq edəcəyik və fəaliyyətini dəstəkləyəcəyik. Bu missiya regionda sülhə, sabitliyə və təhlükəsizliyə töhfə verəcək”, – deyə erməni nazir qeyd edib.

Xatırladaq ki, bu gün Aİ XİN başçılarının toplantısında Ermənistana növbəti müşahidə missiyası göndərilməsi barədə razılıq əldə olunub.