Avropa Şurasının liderləri TOPLANIRbackend

Avropa Şurasının liderləri TOPLANIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 16-17-də Avropa Şurasına üzv olan 46 ölkənin dövlət və hökumət başçılarının zirvə toplantısı keçiriləcək.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə Şuranın saytında məlumat yayılıb.

Bildirilir ki, toplantı İslandiyanın paytaxtı Reykyavik şəhərində baş tutacaq. Məlumata görə, bu, Avropa Şurasının yaradılmasından sonra keçiriləcək 4-cü zirvə toplantısıdır.

Zirvə toplantısında Ukraynadakı müharibə müzakirə olunacaq. İclasda, həmçinin ətraf mühit və süni intellekt daxil olmaqla, demokratiya və insan hüquqlarına qarşı yaranan problemlərin həlli üçün təşəbbüslərin gücləndiriləcəyi gözlənilir.

İclasın sonunda İslandiya Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi Latviyaya təhvil verəcək.