Avropada yeni böhran – Daha bir ölkədə etiraz aksiyasıbackend

Avropada yeni böhran – Daha bir ölkədə etiraz aksiyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiyanın paytaxtı Praqada yüzlərlə fermer etiraz aksiyasına toplaşıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə polis “X” sosial şəbəkəsində məlumat yayıb. Məlumatda təxminən 500 kənd təsərrüfatı texnikasının Praqaya doğru irəlilədiyi qeyd edilib.

Bildirilib ki, fermerlər Avropa İttifaqının və Çexiya rəhbərliyinin kənd təsərrüfatı siyasəti ilə etiraz əlaməti olaraq Praqanın əsas girişlərini bağlamaq niyyətindədirlər.

Onların fikrincə, nə avropalı, nə də çexiyalı siyasətçilər kənd təsərrüfatı istehsalçılarının narahatlığını nəzərə almırlar, bununla da, Avropada kənd təsərrüfatının məhvinə yol açırlar.