Avstraliyada kiberhücum zamanı həssas ictimai məlumatlar ifşa edildibackend

Avstraliyada kiberhücum zamanı həssas ictimai məlumatlar ifşa edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyada bəzi ştatlar hökumətin həssas məlumatlarının Rusiyanın ALPHV/Blackcat haker qrupu tərəfindən oğurlandığını və internetdə dərc edildiyini təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, Avstraliyanın Viktoriya əyalətinin informasiya təhlükəsizliyi üzrə məsul əməkdaşı Devid Kallen verdiyi açıqlamada ALPHV/Blackcat haker qrupunun Avstraliyada fəaliyyət göstərən “HWL Ebsworth” kommersiya hüquq firmasının məlumat bazasına kiberhücumdan sonra əldə etdiyi məlumatları “dark web”də dərc etdiyini açıqlayıb.

Cullen, açıqlanan məlumatların dövlət qurumlarına aid həssas məlumatları da ehtiva etdiyini qeyd edib.

Məsələyə çox ciddi yanaşdıqlarını dilə gətirən Kallen, hadisə ilə bağlı Britaniya Birliyi ilə də əməkdaşlıq etdiklərini vurğulayıb.

NOCOMMENT.AZ