Avtoritetlər arasında ATIŞMA: Həsənovu söhbətə çağırıb DÖYDÜLƏRbackend

Avtoritetlər arasında ATIŞMA: Həsənovu söhbətə çağırıb DÖYDÜLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avtoriteti döyməyə başlayıblar, amma o, qaçaraq maşına minib. Sonra Həsənovun maşınına avtomatlardan atəş açıblar, lakin avtoritet qaça bilib.

NOCOMMENT virtualaz.org-a istinadən xəbər verir ki, Yekaterinburqda keçirilən kriminal avtoritetlərin görüşü (“sxodka”) avtoritet Marsel Həsənovla münaqişə ilə yekunlaşıb.

Mənbənin sözlərinə görə, görüşə gələnlərin Həsənovla bağlı çoxlu şikayətləri olub. Avtoriteti döyməyə başlayıblar, amma o qaçaraq maşına minib. Sonra Həsənovun maşınına avtomatlardan atəş açıblar, lakin avtoritet qaça bilib.

Eyni zamanda, Daxili İşlər Nazirliyinin Sverdlovsk Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelix bildirib ki, münaqişə iştirakçıları qeydiyyatda olan travmatik tapançadan atəş açıblar. Ölən və yaralananlar olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır. Baş verənlərin şəraiti müəyyən edilir.

İlkin məlumatlara görə, münaqişə tərəflərdən birinin ağackəsmə biznesi sahəsində maliyyə borcu ilə bağlıdır.

Qeyd olunur ki, tərəflərdən heç kim polisə müraciət etməyib, çünki bu, əqidəyə uyğun deyil. Amma hadisənin əsas iştirakçıları polis tərəfindən tez bir zamanda müəyyən edilib və dindirilib. Başlanmış yoxlama tədbirlərinin nəticələrinə əsasən, əsaslandırılmış prosessual qərar qəbul ediləcək. Münaqişənin daha ətraflı və dəqiq şəraiti daxili işlər orqanları tərəfindən müəyyən edilir.

Marsel Həsənov qanuni oğru Əhməd Şalinskinin (Dombayev) nümayəndəsidir. Dombayev çeçenlər arasında əsas qanuni oğru adlandırılır. Həsənov Çelyabinsk vilayətinə “baxmağa” təyin edilib, lakin onun Yekaterinburqda da maraqları olub. Marseli ilk dəfə yayda döymək istəyiblər, lakin sonra polis müdaxilə edərək, buna imkan verməyib.